Roza Zərgərli kitabının təqdimatını keçirdi

Roza Zərgərli kitabının təqdimatını keçirdi

Bu gün paytaxt məkanlarının birində müğənni Roza Zərgərlinin “Sibir çiçəyi” adlı kitabının təqdimat mərasimi olub. Lent.az-ın məlumatına görə, ifaçı tədbirdə çıxış edərək bildirdi ki, kitab çıxarmaq uşaqlıq arzusu imiş: “Bu gün çox həyəcanlıyam. Çünki illərdən bəri gözlədiyim bir kitabı bu gün mediaya təqdim etdim. Əslində bu iş məsuliyyətlidir. Kitabda mənim bu günə qədər bilinməyən tərəflərim qeyd olunub. Yəni elə bir şeylər var ki, onları hələ heç kim bilmir. Bu kitab şəhərin bir çox kitabxanalarında satışda olacaq. Bu gün bura gələn bütün dostlarıma da təşəkkür edirəm”.

Qeyd edək ki, tədbirdə xalq artisti Canəli Ələkbərov, əməkdar artist Elza Seyidcahan, müğənnilər Emma Ələkbərzadə, Ayaz Qasımov, Vüsal Hacıyev, Yaşar Yusub, aktyor Qorxmaz Əlili, meyxanaçı Pərviz Bülbülə, prodüser Təranə Səmədova və başqaları iştirak edirdi.

0
35