Moskvada erməni vəhşiliyi: minlərlə insan ayağa qalxdı

Moskvada erməni vəhşiliyi: minlərlə insan ayağa qalxdı

Moskvanın Veşnyaki rayonunda yerləşən “EKO” heyvan sığınacağında onlarla it və pişik cəmdəyi tapılması böyük qalmaqala səbəb olub. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, heyvansevərlər sığınacaqda onlarla heyvanın qəddarlıqla öldürülüb torbalara yığıldığının şahidi olublar. Sağ qalan heyvanlar isə çox ağır vəziyyətdə baytarlıq klinikalarına daşınıb. Sığınacaqda saxlanılan heyvanların günlərlə yeməksiz və susuz qaldığı məlum olub.

Heyvanların məhv edildiyi və işgəncəyə məruz qaldığı sığınacağın məxsus olduğu BANO “Eko” təşkilatının rəhbəri Vera Petrosyanla bağlı Rusiyada artıq dörd cinayət işi qaldırıldığı bildirilir. İstintaqın məlumatına görə, Petrosyanın başçılıq etdiyi təşkilat heyvanların sterilləşdirilməsi və çipləşdirilməsi ilə bağlı dövlətə saxta sənədlər təqdim edərək 9 milyon rubl vəsaiti mənimsəyib. O, məbləği ödədikdən sonra bu cinayət işi bağlanıb. Lakin bir il sonra BANO yenidən sahibsiz heyvanların sayının tənzimlənməsi üçün 20 milyon rubl məbləğində tenderin qalibi olub. Hazırda dövlət satınalmaları reyestrində BANO “Eko”nun icraatında ümumi məbləği 175 milyon rubl olan daha 10 müqavilə qeydiyyatdadır. Heyvan müdafiəçiləri Kaluqa vilayətində Petrosyana məxsus döyüş itlərinin saxlandığı poliqon aşkar ediblər. Məlum olub ki, küçələrdən yığılan sahibsiz itlərdən həmin döyüş itləri üçün yem kimi istifadə olunurmuş.

“Rossiya 24” kanalının məlumatına görə, hazırda 24 min heyvansevər hadisədə təqsirli olanların cəzalandırılması üçün Moskva merinin adına petisiya imzalayıb. Eyni zamanda, Rusiya hüquq mühafizə orqanları faktla bağlı cinayət işi açıb.

0
21