İlham Əliyev xəstəxana tikintisinə pul ayırdı

İlham Əliyev xəstəxana tikintisinə pul ayırdı

Maliyyə Nazirliyinə tapşırıq verilib.

Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tədbirlər haqqında sərənam imzalayıb.

Oxu.Az-ın məlumatına görə, Goranboy şəhərində Goranboy Rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

0
16