Xoşqədəm Hidayətqızının əkiz övladı oldu

Xoşqədəm Hidayətqızının əkiz övladı oldu

Türkiyəli müğənni Doğuşla ailəli olan teleaparıcı Xoşqədəm Hidayətqızı ana olub.

Lent.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, cütlüyün əkiz oğlanları “Şişli Kolan İnternetional Hospital” xəstəxanasında dünyaya gəlib.

Bu barədə türkiyəli sənətçi Demet Akalın sosial şəbəkədə yazıb: “Dostumun iki aslan parçası övladı oldu. Təbriklər! Ən böyük ata – Doğuş ata!”.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı Doğuşla 2014-cü ildə ailə həyatı qurub. Teleaparıcın birinci evliliyindən Zaur adlı oğlu var.

0
408