Azərbaycan klubu meydana çıxmaqdan imtina etdi: Pulumuzu verin!

Azərbaycan klubu meydana çıxmaqdan imtina etdi: Pulumuzu verin!

Futbol üzrə Azərbaycanın I Divizionunun XXV turunun “Şahdağ” - “Şərurspor” oyunu baş tutmayıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, buna səbəb Qusarın klubunun meydana çıxmaqdan imtina etməsidi.

Belə ki, saat 16:00-da başlaması nəzərdə tutulan qarşılaşmanın start fiti səslənməyib. Futbolçular əmək haqlarının ödənilməməsinə etiraz edərək, oynamaq istəməyiblər.

Qeyd edək ki, bu matç qusarlılar üçün mövsümün son ev oyunu idi.

0
14