Məhkəmə mərhumdan “AccessBank”a kreditini qaytarmağı tələb etdi

Məhkəmə mərhumdan “AccessBank”a kreditini qaytarmağı tələb etdi

“Hələ geçikməyə görə cərimə də təyin etdi”.

İmişli rayon məhkəməsi (hakim Ülvi Qənbərov) kredit müqaviləsi üzrə borcun qaytarılmasına dair müraciət edən “AccessBank”ın şikayətini təmin edib.

Oxu.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, məhkəmənin çıxardığı qərara əsasən, İmişli rayon sakinləri Vaqif Məmmədov və Qalib İbadov iddiaçıya əsas borcu, kecikməyə görə cəriməni bərabər qaytarmalıdırlar, məbləğ müvafiq olaraq 2283 manat 82 qəpik və məhkəməyə verilən ərizənin nəzərdən keçirilməsi üçün ödənilən dövlət rüsumu 20 manatdır. 

Bu barədə Vaqif Məmmədovun xanımı, İmişli rayon Bərcavand kəndində yaşayan Şamama Məmmədova bildirib. Onun sözlərinə görə, bank məhkəməyə müraciət etməzdən əvvəl, onun əri rəhmətə gedib və bankda bunu bilirdilər. 

“Ərim ankoloji xəstəlikdən əziyyət çəkirdi. Bankdan pulu müalicə üçün götürmüşdük. Sağ ikən iki ayı ödəyib. Ödəmədə geçikmə üçün bankdan bizə gəldilər. Dedik ki, Vaqif ölüb, ölüm şəhadətnaməsinin surətini göstərdik”, qadın bildirib. O qeyd edib ki, ərinin öldüyünü bilərək bank məhkəməyə müraciət edib, əlavə olaraq geçikməyə görə cərimə də yazıblar. 

İmişli şəhər kommunal müəssisələr istehsalat birliyinin əməkdaşı Qalib İbadov Məmmədovun zaminidir. O, məhkəmənin qərarı barədə məvacibindən müəyyən miqdarda pul tutulduqdan sonra xəbəri olub. 

“Mənim iştirakım olmadan işə baxılması az imiş kimi, məhkəmə qərarını mənə vaxtında göndərmədikləri üçün qərardan şikayət də edə bilmirəm”, - İbadov bildirib. 

Bununla yanaşı o, ölmüş adam ilə birgə necə borc ödəməyin mümkün olduğunu da anlaya bilmir. “Hansı hissəsini məhz mənim ödəyəcəyim aydın deyil”, - zamin bildirib. 

“AccessBank”ın hüquqşünası Fərid Bayramov Sputnik-ə bu məsələni şərh edərkən ölən müştəriyə qarşı iddia irəli sürülmə faktını təsdiqləyib. “Hüquqi prosedur krediti götürən şəxsə, hətta əgər bu şəxs ölmüşsə də, ona qarşı irəli sürlüməlidir. Məhkəmə borcun kimin – mərhumun hüquqi varisləri yoxsa, zamin tərəfindən ödəniləcəyini müəyyən edir”, - Bayramov bildirib. 

0
29