Sanksiyalardan sonra İran parlamenti: 19 qadın, 6 ruhani deputat

Sanksiyalardan sonra İran parlamenti: 19 qadın, 6 ruhani deputat

Vüqar Zifəroğlu -  “Oğuz” Müstəqil Araşdırmaçılar Mərkəzinin rəhbəri

Vüqar Məsimoğlu - aparıcı

Seçkilərdən sonra İran xalqı üçün xeyir verə biləcək parlament formalaşıb...

XXI əsrdə ölkəni tabular və qadağalarla idarə etmək mümkün deyil...

Yaşıllar Hərəkatından Həsən Ruhani və onun komandası mühafizəkarlara daha yaxın mövqe sərgiləyirdi. Ruhaninin apardığı siyasətin nəticəsidir ki, bu gün mühafizəkarlar seçkilərin nəticələri ilə barışır...

İran faktiki olaraq tam qalib bir dövlət mövqeyi nümayiş etdirir. Və dünyaya açılım prosesi kortəbii deyil, çox dəqiq konturlar əsasında aparılır.

İran ABŞ-a sanksiyalar tətbiq edib, öz avtomobil sənayesi sektorunun hədəflərini qorumağı əsas gətirərək Birləşmiş Ştatlardan maşın idxalına qadağa qoyub.

İran öz manevr imkanlarını genişləndirmiş oldu, bu Türkiyə ilə münasibətlərdə də özünü göstərir.

İran öz daxili bazarını xarici sərmayələr üçün faktiki olaraq bölüb. ABŞ, Avropa dövlətləri, Rusiya, Çin, Türkiyə və digər sərmayədarların payını elə bölüb ki, heç kəs burada monopolist mövqeyə sahib olaraq gələcəkdə İrana təsir imkanı əldə etməsin...

Qərb üçün İran çox geniş bazardır. Qısa müddət ərzində bank, maşınqayırma, yüksək texnologiyalar, enerji, yeyinti, tekstil, iaşə və digər sektorlara yüz milyardlarla dollar investisiya cəlb edilməsi planlaşdırılır...

Parlament seçkillərini nəticələri İran cəmiyyətinin mühafizəkar siyasətə münasibətidir. Qadınların ruhanilərdən daha artıq mandat qazanması cəmiyyətin bir mesajıdır.

Əslində oturuşmuş dövlətlərdə mühafizəkar və liberalların toqquşması təbiidir...

1979-cu il inqilabından əvvəlki dönəmə qayıdışı mümkün deyil...

İran İslam İnqilabını təfsir edən əsas iki faktor var - antisionizm və şiə məzhəbçiliyi. Sistem hələ də güclüdür və öz prinsiplərindən imtina etməsi mümkün deyil...

Üləmalar Məclisinə keçirilən seçklər parlament seçkilərindən daha çox önəm daşıyır

Xamneyinin səhhəti yaxşı deyil, nəsə baş versə, ölkənin yeni ali dini liderini məhz indi seçilmiş  Üləmalar Məclisi təyin edəcək...

İran son bir neçə ildə heç bir bölgədə öz maraqlarından imtina etməyib…

Ərdoğanın üstünlüyü odur ki, heç zaman heç bir bölgədə iqtisadi yatırım imkanlarını qaçırmır...

İranın bank sektorunda mövcud olan problemləri, bu sektorun dünya iqtisadiyyatına inteqrasiya imkanlarının məhdudluğu xarici şirkətləri narahat edən əsas səbəblərdəndir...

Türkiyə və İran bir-birinə yaşıl işıq yandıraçaq, çünki onlar istər-istəməz maraqları uzlaşdırmağa məcburdurlar...

İlkər Başbuğun tezisi belədir - Türkiyə və İran kürd dövləti qurulmasına qarşı çıxarsa, Qərb istəsə də bunu reallaşdıra bilməz...

Türkiyə yaxın Şərqdə İrana qarşı mövqe nümayiş etdirir. Xaricdə, Qətərdə Türkiyənin hərbi bazasının olması Türkiyənin marağındadır...

Türkiyə hökumətinin Əsəd rejiminə qarşı münasibəti dəyişmir...

Türkiyə də İran kimi İraqda və Suriya məsələsində həssasdır, hər iki ölkə bu bölgənin parçalanmasını öz maraqları üçün təhlükə hesab edir...

İranda son parlament seçkiləri onun Yaxın Şərqdə mövqeyini daha da artırdı...

İsrailin Qolan təpələrində son dərəcə israr etməsi maraq kəsb edən məqamdır. Bu təpələr İsrailin su ehtiyatlarının formalaşmasında son dərəcə önəmli rol oynayır?

Yaxın Şərqdə gedən proseslərdən İran, yoxsa İsrailin lider dövlət olaraq çıxdığı mübahisə mövzusudur.

0
17