Rusiyada terror cəhdi

Rusiyada terror cəhdi

Rusiya Federal Təhlükəsizlik Xidməti Krasnoyarskda ictimai nəqliyyatda terror aktının qarşısını alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, ilkin məlumata bildirilir ki, Orta Asiya ölkələrindən olan şəxslər bayram günlərində hücum təşkil etməyi planlaşdırıblar.

Onların saxlanılması istiqamətində xüsusi əməliyyat mayın 6-da keçirilib.

Xüsusi xidmət orqanları əməkdaşlarının şübhəli şəxslərdən terror məqsədi ilə istifadə edilə biləcək vasitələr götürdüyü bildirilir. Hələlik həmin şəxslərin kimliyi açıqlanmır.

0
12