FTX əməkdaşları Krasnoyarskda terror aktınnı qarşısını aldılar

FTX əməkdaşları Krasnoyarskda terror aktınnı qarşısını aldılar

“Mərkəzi asiya ölkələrinin vətəndaşlarından ibarət qrup saxlanılıb”

Rusiyanın FTX bu gün xidmətin əməkdaşları tərəfindən Krasnoyarskda ictimai nəqliyytada terror aktının qarşısının alınmasına dair məlumat yayıb. Cinayəti  beynəlxalq terrorizmlə əlaqəsi olan Mərkəzi Asiya vətəndaşlar hazırlayıblar. 

FTX-də saxlanılan şəxslər haqqında məlumat verilmir, Oxu.Az RİA Novosti-yə isytinadən xəbər verir.  

Məlumata görə, xüsusi xidmət əməkdaşları şübhəli şəxslərdən “terrorçu fəaliyyət vasitələrini” müsadirə ediblər.  

“Mayın 6-da Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Krasnoyarskda may bayramlarıdövründə ictimai nəqliyytada terror aktına hazırlığın qarşısı alınıb. Beynəlxalq terrorizmlə əlaqəsi olan Mərkəzi asiya ölkələrinin vətəndaşlarından ibarət qrup saxlanılıb”, - agentlik Xidmətin məlumatından sitat gətirir. 

0
31