Jurnalistin qətlində şübhəli bilinən şəxsin kimliyi məlum olub

Jurnalistin qətlində şübhəli bilinən şəxsin kimliyi məlum olub

Rusiyanın “Milli Xəbərlər Xidməti” agentliyinin redaktoru Aleksandr Rubtsovun qətlində şübhəli bilinən şəxsin adı məlum olub.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, həmin şəxsin adı Dmitri Lyudviqdir.

Moskvanın Kuntsev məhkəməsinin mətbuat katibi Tatyana Danşova bildirib ki, o, “qəsdlə adam öldürmə”, “ soyğunçuluq” və “sənədlərin, möhürlərin, ştampların, aksiz markaların, xüsusi markaların  oğurlanması və ya xəsarət yetirilməsi” maddələri ilə təqsirli bilinir. Məhkəməyə onun haqqında həbs qəti-imkan tədbirinin seçilməsi barədə vəsatət daxil olub.

Xatırladaq ki, 35 yaşlı jurnalistin meyitini çoxsaylı kəsilmiş-deşilmiş yaraları və döyülmə əlamətləri ilə mayın 3-də anası yaşadığı evdə aşkar edib. Onun mənzili qarət olunub.

0
20