Leyla Ramazanlı töhmət almasından danışdı

Leyla Ramazanlı töhmət almasından danışdı

“Vəzifəmin başındayam”.

Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının direktoru, tanınmış müğənni Leyla Ramazanlı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən töhmət almasına münasibət bildirib.

Oxu.Az xəbər verir ki, müğənni Report-a açıqlamasında bunu normal qarşıladığını deyib: 

“Fevral ayında işimdə olan nöqsanlarla bağlı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində töhmət almışam. Hər işdə xırda nöqsanlar olur. Hazırda işlərim yaxşıdır, vəzifəmin başındayam”.

0
12