Berlin Qarabağdakı vəziyyətdən narahatdır

Berlin Qarabağdakı vəziyyətdən narahatdır

“Biz bunu böyük narahatçılıqla qəbul edirik”.

Berlin Dağlıq Qarabağda təcavüzün yenidən gərginləşəcəyi əlamətlərindən narahatdır. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə cümə günü Almaniya XİN-in rəsmi nümayəndəsi Martin Şafer bildirib. 

“Dağlıq Qarabağda münaqişə tərəfləri arasında təmas xəttində yeni, o cümlədən hərbi gərginliyiə işarə edən dəlilləri böyük narahatlılıqla qəbul edirik. ATƏT-in sədri kimi biz təkidlə hər iki tərəfi yeni gərginliyə yol verməmək üçün bütün tədbirləri görməyə çağırırıq”, - Şefer bildirib. 

O əlavə edib ki, Berlin ATƏT-in Minsk qrupunun işini və onun üç həmsədrini “onların münaqişənin həlli üzrə işin davam etdirilməsində göstərdikləri səyləri” dəstəkləyir. 

0
17