“Formula-1” keçirilən ərazilərdə buraxılış vərəqələri veriləcək

“Formula-1” keçirilən ərazilərdə buraxılış vərəqələri veriləcək

“Əhali və maşınlar üçün əraziyə xüsusi girişlər təşkil ediləcək”.

“Baku City Circuit” şirkəti Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışı trasına bilavasitə bitişik ərazilərdə yaşayan və ya işləyən şəxslərin keçişinin təmin edilməsi üzrə geniş iş aparır.

Oxu.Az xəbər verir ki, Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, həmin ərazilərdə yaşayan və işləyənlər yaxın vaxtlarda xüsusi buraxılış vərəqələrinin alınması zərurliyi barədə məlumatlandırılacaq: 

“Əhali və maşınlar üçün əraziyə xüsusi girişlər (çıxışlar) təşkil ediləcək”.

0
28