Gəncədə quldar aşkarlandı

Gəncədə quldar aşkarlandı

Tağıyev Rusiya vətəndaşını məcbur işlədirmiş.

Gəncə sakinləri xarici vətəndaşları məcburi əməyə cəlb ediblər.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Gəncədə əməliyyat keçiriblər.

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhərində yaşayan Sahib Tağıyevə məxsus fərdi heyvandarlıq müəssisəsində Rusiya Federasiyası vətəndaşının azadlıqlarını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur edilməsi müəyyən olunub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

0
38