“CinemaPlus” Azərbaycan dilində subtitrlərın tətbiqinə başladı

“CinemaPlus” Azərbaycan dilində subtitrlərın tətbiqinə başladı

Bu cür nümayişin bir sıra üstünlükləri var.

Premium kinoteatrlar şəbəkəsi “CinemaPlus” Hollivud filmlərinin Azərbaycan dilində subtitrlər ilə nümayişinə başlayıb. Bu, bir çox gözlənilən filmlərin orijinal dildə nümayiş etdirməyə imkan verəcək.

Kinoteatrın mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, ingilis dilində filmlərin Azərbaycan subtitrlərı ilə nümayişinin bir sıra üstünlükləri var:

-aktyorların əsl səslərini eşitmək
-öz xarici dil biliyini artırmaq
-Bəzən dublyajın təhrif etdiyi xarici ifadələrin səslənməsindən həzz almaq

Tezliklə “CinemaPlus” kinoteatrı tamaşaçıları maraqlı dünya premyeralar toplusu ilə sevindirəcək. 

“CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, “28 Mall” Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşir.

Qeyd edək ki, Azərbaycanın premium kinoteatrı “28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – “CinemaPlus”dır.

Aytən Sadıqzadə

0
21