Yarat Müasir İncəsənət Mərkəzində “Nabat” filminin nümayişi keçiriləcək

Yarat Müasir İncəsənət Mərkəzində “Nabat” filminin nümayişi keçiriləcək

Giriş sərbəstdir.

10 may tarixində saat 19:00-da Yarat Müasir İncəsənət Mərkəzində Elçin Musaoğlunun “Nabat” tammetrajlı bədii filminin nümayişi keçiriləcək. 

-a verilən məlumata görə,Yarat Film Klubunun çərçivəsində təşkil olunan nümayiş yaradıcı heyət ilə sual-cavab bölümü ilə davam edəcək.  

“Nabat” bədii filmi 2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Dram janrında lentə alınan filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

0
23