“Axınla aşağı” filmi Avstriyada nümayiş olunacaq – VİDEO

“Axınla aşağı” filmi Avstriyada nümayiş olunacaq – VİDEO

Vyana İnteqrasiya Həftəsi çərçivəsində.

“Axınla aşağı” bədii filmi mayın 21-də Avstriyada 6-cı Vyana İnteqrasiya Həftəsi çərçivəsində nümayiş olunacaq. 

“Azərbaycanfilm” kinostudiyasından Oxu.Az-a verilən xəbərə görə, nümayiş Let’s Cee Beynəlxalq film festivalı tərəfindən təşkil olunur. 

Let's Integrate! filmlər silsiləsi Mərkəzi və Şərqi Avropa istehsalı olan filmlərin nümayişini həyata keçirir və “Axınla aşağı” bədii filmi bu il regiondan seçilən 6 film siyahısına daxil olub.

Qeyd edək ki, “Axınla aşağı” filmi 2015-ci ildə Let’s Cee Beynəlxalq Film Festivalında “İddialı debüt” müsabiqə proqramında “Münsiflər heyətinin xüsusi vurğulaması” mükafatına layiq görülüb.

Film 2014-cü ildə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

0
19