İki erməni əsgəri çökən “blindaj” altında ölüb

İki erməni əsgəri çökən “blindaj” altında ölüb

Digər iki hərbçi yüngül xəsarət alıb.

Erməni ordusunun hərbçiləri Koryun Arutyunyan və İqor Akopyan çökən “blindaj”ın altında ölüb. 

Oxu.Az xəbər verir ki, bu barədə “Qrapark” qəzetinə Ermənistanın Qeqarkunik vialyətinin Qetaşen kəndinin administrasiyasının rəhbəri Rubik Qukasyan bildirib. 

Onun sözlərinə görə, 19 yaşlı Akopyan əslən Qetaşendən idi. Hadisə mayın 3-də Qarabağda baş verib. 

“Biz dəqiq bilirik ki, “blindaj” çöküb, uşaqlar ölüb”, - qəzetin həmsöhbəti bildirib. 

19 yaşlı Koryun Arutyunyanı Ermənistanın Qeqarkunik vilayətinin Qeqamsar kəndindən hərbi xidmətə çağırıblar. 

Kənddə “blindaj”ın Azərbaycan tərəfindən vurulan zərbə nəticəsində çökdüyü barədə danışırlar, mövqedə 4 əsgər olub. 

Mənbənin məlumatına görə, digər iki hərbçi yüngül xəsarət alıb.

0
15