MDB diplomatları Qələbə günü Bakıya gələcəklər

MDB diplomatları Qələbə günü Bakıya gələcəklər

Həzi Aslanov və Nəcəfqulu Rəfiyevin məzarları önünə gül dəstələri qoyulacaq.

Müstəqil Dövlətlər Birliyi ölkələrinin diplomatik missiyalarının rəhbərləri və hərbi attaşeləri Bakıda Qələbə gününə həsr edilmiş tədbirlərdə iştirak edəcəklər.

Oxu.Az bu barədə Belarusun Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. 

Belarusun dipolmatik missiyasının rəhbəri Genadi Axramoviç hərbi attaşelər və səfirliyin digər əməkdaşları ilə bərabər iki dəfə SSRİ qəhrəmanı adı almış Həzi Aslanovun, eləcə də SSRİ qəhrəmanı Nəcəfqulu Rəfiyevin məzarı önünə gül dəstələri qoyacaq.

“Bundan başqa, MDB-yə üzv ölkələrin diplomatik missiyalarının rəhbərləri və hərbi attaşeləri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin memorialı önünə əklil və akademik Zərifə Əliyevanın məzarı önünə gül dəstələri qoyacaqlar. MDB ölkələrinin diplomatları, həmçinin Qələbə günü münasibəti ilə Bakıda Hərbi şərəf Memorialı önünə əklil qoyacaqlar”, - məlumatda deyilir. 

0
29