İnanılmaz OLAY: 16 yaşlı qız diri-diri yandırıldı

İnanılmaz OLAY: 16 yaşlı qız diri-diri yandırıldı

Pakistanın şimal-qərbindəki Abbotabat əyalətinə bağlı Makol kəndində qandonduran olay yaşanıb.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, kənd sakini 16 yaşlı qız rəfiqəsinin sevgilisi ilə qaçmasına yardım etdiyi üçün qəbilə ağsaqqallarının qərarı ilə yandırılaraq öldürülüb.

Abbotabad polisinin verdiyi açıqlama görə, “jirga” adlanan qəbilə şurası hesab edib ki, qız bu hərəkəti ilə tayfanın namusuna ləkə gətirib. Elə bunun üçün də o, diri-diri yanaraq ölümə məhkum edilib.

Bu acımasız qərara qızın anası və qardaşı da razılıq verdikdən sonra, qız əlləri bağlı halda maşına qoyulub və maşınla birgə yandırılıb.

Polis qəbilə şurasının 15 üzvü ilə qızın anasını və qardaşını saxlayıb. Onlar haqqında cinayət işi açılacağı deyilir.

0
28