Problemli kreditlərin həcmi cüzi azalıb

Problemli kreditlərin həcmi cüzi azalıb

Azərbaycanda Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin aprelin 1-ə 1 mlrd. 326,5 mln. manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 113,2 mln. manat və ya 9,33% çoxdur.

Bu ilin fevral ayı ilə müqayisədə martda problemli kreditlərin həcmi 3 mln. manat və ya 0,23% azalıb.

Hesabat dövründə milli valyutada vaxtı keçmiş kreditlərin 691,5 mln. manat, xarici valyutada isə 635 mln. manat təşkil edib. Başqa sözlə, manatda vaxtı keçmiş kreditlərin ümumi problemli kreditlərin həcmində çəkisi 52,13%, xarici valyutada isə bu göstərici  47,87% təşkil edir.

Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 6,74% təşkil edir. Xatırladaq ki, fevralda bu göstərici 6,54% olub.

0
32