Bakıda eyvanı olanların yeni qazanc üsulu – FOTO

Bakıda eyvanı olanların yeni qazanc üsulu – FOTO

Eyvan sahibləri qəlyənaltı və spirtsiz içkilərlə təmin edirlər.

Bakıda keçiriləcək Formula 1 Avropa Qran Prisinin başlamasına az vaxt qalıb. 

Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, yarışa idmançı və təşkilatçılarla yanaşı, yarış keçiriləcək ərazidə mənzili olan sakinlər də hazırlaşırlar.

Əlbəttə, belə əlverişli yerdə mənzili olan insanın yarışı bir tamaşaçı kimi izləməməsi təəcübləndirərdi. 

Bəzi sakinlər isə yarışı təkcə seyr etmək yox, həm də bu yarışdan pul qazanmaq niyyətinə düşüblər. 

Biletlərinin qiyməti  29 manatdan başlayan yarışa paralel "bilet satışı"na start verilib. Paytaxt sakinləri bolidlərin keçəcəyi küçələrə baxan eyvanları olan mənzillərini kirayə verməyə başlayıblar. Daha dəqiq, mənzilin eyvanını kirayə verirlər.

Sosial şəbəkələrdə verilən elanlardan bir günlük eyvan kirayəsinin qiymətinin hətta 500 manata çatdığı da bəlli olur. Eyvan sahibləri kirayəşin-tamaşaçıları qəlyənaltı və spirtsiz içkilərlə də təmin olunmasını öhdələrinə götürürlər. 

Nə qədər qəribə səslənsədə bu biznes artıq dünyada dəb halına çevirilib. Fransa, İspaniya, Braziliya, Almaniya və digər beynalxalq turnirlərin keçirildiyi ölkələrdə evlərin eyvanlarını kirayəyə verirlər. Bu nə qədər qanuni olması çoxlarını narahat etmir.

0
27