Neftçilər prospekti bağlandı – FOTO

Neftçilər prospekti bağlandı – FOTO

Mərkəzi küçələrdə dəyişiklik edilib.

Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a daxil olan məlumata görə, yolda təmir bu ilin iyun ayında Bakı şəhərində keçiriləcək Formula 1 yarışına hazırlıq işləri ilə əlaqədardır.

Mərkəz, sürücülərə alternativ olaraq Zərifə Əliyeva və Üzeyir Hacıbəyov küçələrindən istifadə etmələri tövsiyə edir.

Bildirilir ki, qeyd edilən küçələrdə nəqliyyat vasitələrinin iki istiqamətdə hərəkəti təşkil edilib.

0
39