Binəqədidə 41 yaşlı şəxsin boğazını kəsdilər

Binəqədidə 41 yaşlı şəxsin boğazını kəsdilər

O, ağır vəziyyətdə xəstəxanaya gətirilib.

Bakının Binəqədi rayonunda qanlı hadisə baş verib. 

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, rayonun Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsi döngə 2, ev 4-də yaşayan 41 yaşlı Zaur Dadaşbala oğlu Məmmədov boğazı kəsilmiş vəziyyətdə xəstəxanaya gətirilib. 

O, dərhal əməliyyat olunub. Hadisə barədə polisə məlumat verilib. 

Zaur Məmmədovun qardaşının polislərə verdiyi məlumata görə, o, özü-özünə xəsarət yetirib. Yaralının vəziyyəti ağır olduğundan onu dindirmək mümkün olmayıb.

Faktla əlaqədar Binəqədi rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

0
27