ABŞ, Kanada və Britaniyada partlayışlar planlaşdıran terrorçu öldürüldü

ABŞ, Kanada və Britaniyada partlayışlar planlaşdıran terrorçu öldürüldü

Suriyada beynəlxalq koalisiyanın hava qüvvələrinin zərbələri nəticəsində ABŞ, Kanada və Böyük Britaniyada terror aktları törətməyi planlaşdıran silahlı məhv edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk bildirib.

“Aprelin 22-də  koalisiya qüvvələri Sudan vətəndaşı Əbu Səyyafa havadan zərbə endiriblər. Nəticədə o və onun Avstraliya vətəndaşı olan həyat yoldaşı məhv edilib”, - deyə o qeyd edib.

Piter Kukun sözlərinə görə,  Əbu Səyyaf ABŞ, Kanada və Böyük Britaniyada terror aktlarının planlaşdırılması ilə məşğul olub: “O həyat yoldaşı ilə birlikdə qərb ölkələrin maraqlarına ciddi zərər vurmaq məqsədilə  əcnəbi silahlıların cəlb olunması ilə fəal məşğul olublar”

0
17