ABŞ-da məktəbdə atışma: ölən və yaralanan var

ABŞ-da məktəbdə atışma: ölən və yaralanan var

ABŞ-ın Merilənd ştatında orta məktəbdə atışma baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində atəş açan şəxs öldürülüb, daha bir nəfər isə yaralanıb.  

İnsident Beltsvill şəhərində “High Point” məktəbində baş verib.

Polisin məlumatına görə, atışma məişət zəminində baş verib. Atəş açanın yetkin şəxs olduğu bildirilir. Atışma zamanı məktəblilərdən xəsarət alan olmayıb.

0
18