Mogerini Davudoğlu ilə bağlı şərh verdi

Mogerini Davudoğlu ilə bağlı şərh verdi

“Aİ Türkiyənin baş naziri Əhməd Davudoğlunun vəzifəsindən gözlənilən istefasına və bunun bir müddət əvvəl miqrantlara dair əldə olunan Aİ-Türkiyə sazişinə necə təsir edəcəyinə  hələlik fikir bildirə bilmir”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Aİ diplomatiyasının rəhbəri Federika Mogerini Kosovoya səfəri zamanı bildirib.  

“Bunun hansı nəticələrə gətirib çıxara biləcəyi barədə danışmaq hələ tezdir”, - deyə Mogerini bildirib.

“Biz bunu mütləq türkiyəli həmkarlarımızla müzakirə edəcəyik və birlikdə gələcək addımlarımızı müəyyən edəcəyik”, - deyə Aİ diplomatiyasının rəhbəri əlavə edib.  

0
21