Təbriz Həsənovdan acı etiraf: Çox zəif idik

Təbriz Həsənovdan acı etiraf: Çox zəif idik

“Mən belə hesab gözləmirdim. Əsas məqsədimiz erkən qol buraxmamaq idi. Futbolçularımız erkən qollardan sonra necə oynadıqlarını bilmirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan U-17 millisinin baş məşqçisi Təbriz Həsənov deyib.

17 yaşadək futbolçular arasında Bakıda təşkil oluanan Avropa çempionatında Azərbaycan yığması ilk oyununu keçirib. Millimiz Bakı Olimpiya Stadionunda Portuqaliyaya 0:5 hesabı ilə məğlub olub. Oyunsonrası mətbuat konfransında millimizin çalışdırıcısı jurnalistlərin suallarını cavablandırıb: “Rəqib bizdən hərtərəfli üstün idi. Hesab oyuna görə oldu”.

- Millimiz son yoxlama oyunlarında yaxşı təsir bağışlamırdı. Olmaz ki, heyətdə dəyişikliklər edəsiniz?

- Mənim başqa yolum yox idi. Xahiş edirəm futbolçuların üzərinə çox getməyin. Qrupdan çıxmaq şansımız var. Çalışacağıq ki, bu şansdan yararlanaq. Bu yolda siz jurnalistlərin də köməyinizə ehtiyacımız var.

- Komandadanın hazırlığının qaydasında olmaması ilə razısınız?

- Heç kəs belə hesab olmasını istəmirdi. Bu oyunda çox zəif idik. Qarşıda növbəti oyunlarımız var. Özünüz də gördünüz ki, Portuqaliya çox üstün idi. Futbolçular əsas hazırlığını mənim yanımda yox, klublarında keçirlər.

- 6 legionerlə hesab 0:5 oldu. Daha neçə legioner lazımdı ki, hesab 0:2 olsun?

- Onların hamısı legioner deyil. Bəzi futbolçuların Azərbaycanla bağlılığı var. Bu gün meydanda özünü göstərmək istəyənlər də məhz xarici çempionatlarda çıxış edən futbolçular idi.

0
21