Xillari Klinton ifadə verəcək

Xillari Klinton ifadə verəcək

Demokratlar partiyasından ABŞ prezidenti postuna namizəd Xillari Klinton şəxsi elektron poçtundan xidməti məqsədlər üçün istifadə etməsi işi üzrə ifadə vermək üçün Federal Təhqiqatlar Bürosuna çağırılacaq.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, qeyd olunan  iş üzrə istintaq başa çatmaq üzrədir,  Xillari Klintonun yaxın günlərdə dindiriləcəyi gözlənilir. FTB Klintonun köməkçilərini dindirərək onun qanunu qəsdən pozmadığını müəyyən edib.

0
35