Avroliqada finalçılar müəyyənləşdi!

Avroliqada finalçılar müəyyənləşdi!

Avropa Liqasında (AL) yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, hər iki görüş eyni gündə baş tutub.

“Şaxtyor” turnirin son qalibi “Sevilya”nın qonağı olub. İlk görüşdən 2:2 hesablı nəticə ilə qayıdan ispanları öz meydanında Mirça Luçeskunun yetirmələrinə şans verməyiblər. Qameyronun dubluna və Marianonun qoluna qarşılıq sadəcə bir dəfə Eduardo ilə cavab verən ukraynalılar finala çıxa bilməyiblər.

Gecənin digər qarşılaşması isə “Enfild Roud”da olub. “Liverpul” ispanların turnirdəki ikinci komandası “Vilyareal”ı qəbul edib. Öz meydanında minimalhesablı qələbə qazanmış “sarı sualtı qayıqlar” səfərə azca üstünlüklə yollansalar da, mersisaydlılar bütün ümidlərin üstündən xətt çəkiblər. 3 cavabsız qolla qalib gələn Kloppun yetirmələri finala adlayan tərəf olub.

Avropa Liqası

Yarımfinal (cavab oyunları)

5 may

“Sevilya” (İspaniya) - “Şaxtyor” (Ukrayna) - 3:1

Qollar: Qameyro, 9, 47, Mariano, 59 - Eduardo, 44

İlk oyun – 2:2

Hakimlər: Byörn Kupers, San Der Van Royker, Ervin Zeynstra

Əlavə hakim köməkçiləri: Pol Van Bokel, Riçard Lizvald, Mario Diks (hamısı Hollandiya)

Sevilya. “Ramon Sançes Pisxuan” stadionu

"Sevilya": Soria, Tremoulinas, Rami, Krıxovyak, Daniel Karrisu, Qameyro, Nzonzo, Baneqa, Vitolo, Koke (k), Mariano Ferreyra

Ehtiyat oyunçular: Riko,  İborra, Kristoforo, Eskudero, Pareja, Konoplyanka, Llorente

"Şaxtyor": Pyatov, Kuçer, Stepanenko, Marlos, Maluşev, Eduardo, Tayson, İsmaili, Srna (k), Rakitskiy, Kovalenko

Ehtiyat oyunçular: Kanibolotskiy, Vellinqton Nem, Dentinyo, Bernard, Kobin, Ordets, Ferreyra

“Liverpul” (İngiltərə) - “Vilyareal” (İspaniya) - 3:0

Qollar: Bruno, 7 (öz qapısına), Staric, 63, Lallana, 81

İlk oyun – 0:1

Hakimlər: Viktor Kaşşai, Qyorqi Rinq, Vençel Tot, Peter Berettyan

Əlavə hakim köməkçiləri: Tamas Boqnar, Adam Farkaş (hamısı Macarıstan)

Liverpul. “Enfild Roud” stadionu

"Liverpul": Minyole, Klayn, Ture, Lovren, Milner (k), Koutinyo, Firmino, Moreno, Lallana, Staric, Can

Ehtiyat oyunçular: Vard, Benteke, Lukas, Ayb, Skrtel, Smith, Allen

"Vilyarreal": Areola, Mario Qaspar, Pina, Viktor Ruiz,Musakkio, Dos Santos, Soldado, Jaume Kosta, Bakambu, Suares, Bruno Soriano (k)

Ehtiyat oyunçular: Asenxo, Samu, Trigueros, Kastilyeho, Adrian Lopes, Rukavina, Bonera

0
22