Avropa çempionatlarının rekordu Bakıda qırıldı

Avropa çempionatlarının rekordu Bakıda qırıldı

UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinin birinci oyun günündə keçirilmiş Azərbaycan – Portuqaliya qarşılaşmasında U-17 Avropa çempionatları tarixinin yeni rekordu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilmiş oyunu 33 min azarkeş izləyib.

Qeyd edək ki, indiyə qədər turnirdə ən çox azarkeş 2009-cu ildə Maqdeburq şəhərində Almaniya və Hollandiya yığma komandaları arasında keçirilmiş final oyununda qeydə alınmışdı – 24 min nəfər.

0
19