Dörd nəfər uçqun altından 6 gün sonra sağ tapıldı

Dörd nəfər uçqun altından 6 gün sonra sağ tapıldı

Keniyada xilasedicilər 6 gün əvvəl uçan binanın qalıqları altından daha 4 nəfəri sağ taparaq xilas ediblər. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, bundan əvvəl xilasedicilər 4 gün binanın qalıqları altında qalan 6 aylıq uşağı sağ tapıblar.

Qeyd edək ki, Keniyada aprelin 29-da intensiv yağışlar nəticəsində altı mərtəbəli bina uçub.  Son məlumata görə, insident nəticəsində azı 36 nəfər ölüb, 120-dən çox sakini uçqun altından xilas etmək mümkün olub, 70 nəfər hələ də itkin düşmüş hesab edilir.

Hadisə ilə əlaqədar səhlənkarlığa yol verdiklərinə görə binanın 2 sahibi və 21 məmur saxlanılıb.

0
23