Avropa Liqasının finalçıları müəyyənləşdi

Avropa Liqasının finalçıları müəyyənləşdi

Həlledici qarşılaşma mayın 18-də keçiriləcək.

Avropa Liqasının 2015/2016 mövsümünün yarımfinal mərhələsinin cavab oyunları keçirilib.  

Oxu.Az xəbər verir ki, “Sevilya” öz meydanında “Şaxtyor”a 3:1 hesabı ilə qalib gəlib, “Liverpul” isə doğma Enfilddə” “Vilyarreal”ı darmadağın edib — 3:0.

Beləliklə, iki oyunun nəticəsinə görə “Liverpul” və “Sevilya” turnirin final mərhələsinə vəsiqə qazanıblar.

Avropa Liqasının final qarşılaşması mayın 18-də “Sankt-Yakob Park” (Bazel, İsveçrə) stadionunda keçiriləcək.

0
16