Xamenei: "Qərb İŞİD-i dəstəkləyir"

Xamenei: "Qərb İŞİD-i dəstəkləyir"

ABŞ İslam və İrana qarşı mübarizə aparır. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu İranın ali lideri Ayətullah Əli Xamenei Tehranda müsəlman ölkələrin səfirləri, yüksək vəzifəli məmurlar və adi vətəndaşlarla görüşündə deyib.

“Bu gün Amerikanın siyasəti aşkar sürətdə İslam və İranla mübarizə aparmaqdan ibarətdir. ABŞ liderləri hesab edirlər ki, İran onların siyasətinə əngəl yaradır”, - deyə Xamenei qeyd edib.  

İranın ali lideri Vaşinqtonu İslan və İrana qarşı dağıdıcı siyasət apardığına görə sərt tənqid edib: “Amerikalılar bu günlərdə bəyan etdilər ki, İranın siyasəti bölgədə sanksiyaların tətbiqinə və vəziyyətin gərginləşməsinə  səbəb olub. Onlar demək istəyirlər ki, siz, iranlılar, sayıq və məlumatlı xalqsız, siz geri çəkilməlisiniz və bizə işimizi görməyə imkan verməlisiniz. Bu gün İslam adı altında iyrənc cinayətlər törədən satqın qruplaşmalar məhz qərb dövlətləri tərəfindən dəstəklənir”, - deyə İranın ali lideri vurğulayıb.   

“Qərb ölkələri guya İŞİD-ə qarşı koalisiya yaradıblar, lakin, əslində, onlar bu qruplaşmanı dəstəkləyirlər”, - deyə Xamenei əlavə edib.  

0
11