London meri ilk dəfə müsəlman seçilə bilər

London meri ilk dəfə müsəlman seçilə bilər

Sorğu 1574 respondent arasında keçirilib.

“YouGov”un keçirdiyi sosioloji sorğunun nəticələrinə əsasən London meri ilk dəfə olaraq müsəlman ola bilər.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, əslən Pakistandan olan Sadiq Xan London meri postu uğrunda seçkilərinin birinci raundunda səslərin 43 faizini, onun əsas rəqibi – mühafizəkar Zak Qoldsmit isə 32 faizini toplaya bilər.

Dəqiqləşdirilir ki, yekun nəticədə Xanın 57%, Qoldsmit isə 43% səs toplaya bilər.

Sorğu 2-4 may tarixlərində 1574 respondent arasında keçirilib.  

0
23