İŞİD Liviyada bir neçə rayonu ələ keçirib

İŞİD Liviyada bir neçə rayonu ələ keçirib

Terrorçular 7 nəfəri edam ediblər.

İŞİD terror qruplaşması Liviyanın şərqində bir neçə rayonu ələ keçirib.

Oxu.Az Al-Wasat nəşrinə istinadən xəbər verir ki, terrorçular Əbu-Qreyn şəhəri və bir sıra xırda yaşayış məntəqələrini tutublar.

Nəşrin məlumatına görə, hücumdan əvvəl terrorçu-kamikadzelər partlayıcı maddələrlə yüklənmiş avtomobillərdə döyüş postlarını partladıblar. Zəbt edilən ərazilərdə yaraqlılar öz postlarını qurublar.

Hücumdan sonra şəhərdə üçü polis, dördü isə hərbi qulluqçu olmaqla, 7 nəfər edam edilib.  

0
21