Avropa Çempionatının təntənəli açılış mərasimi

Avropa Çempionatının təntənəli açılış mərasimi

Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, açılış tədbirində Azərbaycan prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva və nəvələri də iştirak ediblər.

Təntənəli açılışa milli rəqslə start verilib.

Rəqsləri topla “freestyle” hərəkətlər edən idmançılar müşayiət ediblər. Onlar isə çempionatın 16 komandasının bölündüyü 4 qrupdakı ölkələrin bayraqları əhatə edilib.

"Natiq" ritm qrupunun ifası və "Sarı gəlin" xalq mahnısı açılış mərasiminə toplaşanlara xüsusi zövq verib.

Daha sonra Röya Ayxan və Miri Yusif çempionatın rəsmi himnini canlı səsləndiriblər və bununla da açılış mərasimi başa çatıb.

 

Qeyd edək ki, Azərbaycan millisi UEFA U-17 Avropa çempionatında ilk oyununa çıxıb. Bakı Olimpiya Stadionunda təşkil olunan oyunda millimiz Portuqaliya yığması ilə qarşılaşır. Matçdan əvvəl hər iki ölkənin dövlət himni səsləndirilib.

0
47