Azərbaycanda kriminal avtoritetlər tutuldu

Azərbaycanda kriminal avtoritetlər tutuldu

“Tağı Salyanski”nin oğlu da həbs edilib.

Salyanda özlərini kriminal dəstənin üzvləri saxlanılıb.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, özünü polis kimi təqdim edərək vətəndaşa hədə-qorxu gəlməklə, 15 min manat alan Salyan sakini, 1997-ci il təvəllüdlü İlyasov Vaqif Şükran oğlu (kriminal aləmdə “Qoca” ləqəbi ilə tanınan kriminal avtoritet), onunla əlbir olan Salyan rayonu Arbatan kənd sakini, 1994-cü il təvəllüdlü Qasımov Kamran Tağı oğlu (bir müddət əvvəl həbs olunan kriminal avtoritet “Tağı Salyanski”nin oğlu) və 1990-cı il təvəllüdlü, 7 il həbsdə olan Məlikov Rza Əliqulu oğlu (“Krıtıy Rza” ləqəbli kriminal avtoritet) həbs edilib.

R. Məlikov narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir. Onun dolayısı ilə yuxarıda adıçəkilən şəxslərlə ilə kriminal əlaqədə olduğu bildirilir. R. Məlikovun kriminal yolla yığılan pulların xəzinədarı olduğu deyilir.

Faktla bağlı Salyan polis şöbəsində araşdırma aparılır. 

0
24