Moskvada “Milli xəbərlər xidməti”nin redaktoru öldürülüb

Moskvada “Milli xəbərlər xidməti”nin redaktoru öldürülüb

Rubtsovun mənzili qarət olunub.

Rusiya “Milli xəbərlər xidməti”nin redaktoru Aleksandr Rubtsov Moskvada öz mənzilində ölü tapılıb.

Oxu.Az xəbər verir ki, bu barədə mayın 5-də agentliyin saytında məlumat verilir.

Nəşrin məlumatına əsasən, qətl hadisəsi mayın 3-də törədilib. Rubtsovun mənzili qarət olunub. Onun meyitinin üzərində üzərində kəsilmiş-deşilmiş yaralar aşkarlanıb.

Agentlikdə cinayətin kim tərəfindən törədildiyini bilmirlər. Lakin jurnalistin həmkarları əmindirlər ki, qətl hadisəsi Rubtsovun işi ilə bağlı deyil. Ehtimal olunur ki, cinayəti onun içəri buraxdığı tanışı törədib.

Şübhəli şəxsin şəkili Moskva Cinayət Axtarış İdarəsinə verilib.

0
27