Bu gün Avropa Liqasının finalçıları məlum olur

Bu gün Avropa Liqasının finalçıları məlum olur

Bu gün Avropa Liqasında (AL) yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, hər iki görüş eyni gündə baş tutacaq.

“Şaxtyor” turnirin son qalibi “Sevilya”nın qonağı olacaq. İlk görüşdən 2:2 hesablı nəticə ilə qayıdan ispanları qələbə ilə yanaşı 0:0 və ya 1:1 hesablı nəticə də qane edəcək. Əndəlus təmsilçisinin 2 futbolçusu zədədən əziyyət çəkir. Söhbət danimarkalı yarımmüdafiəçi Mikael Kron-Deli və komandanın əsas kapitanı olan Xose Antonio Reyesdən gedir. Qonaqların heyətində də çatışmazlıq var. Mirça Luçeskunun Dentinyo və Qladkinin xidmətindən istifadə edib-edə bilməyəcəyi dəqiq bilinmir. Fred isə cəza səbəbindən oynamayacaq.

Gecənin digər qarşılaşması isə “Enfild Roud”da olacaq. “Liverpul” ispanların turnirdəki ikinci komandası “Vilyareal”ı qəbul edəcək. Öz meydanında minimalhesablı qələbə qazanmış “sarı sualtı qayıqlar” səfərə azca üstünlüklə yollanır. Divok Oriqi, Joe Qomes, Cordan Henderson və Cordan Rossiter kimi oyunçuları zədədən əziyyət çəkən “qırmızılar” Əmrə Canın sağalmasına sevinir.

0
24