Türkiyənin yeni baş nazirinin adı mayın 22-də məlum olacaq

Türkiyənin yeni baş nazirinin adı mayın 22-də məlum olacaq

Əhməd Davudoğlu istefaya gedəcək.

Türkiyənin iqtidar partiyası olan Ədalət və İnkişaf Partiyası mayın 22-də növbədənkənar qurultayını keçirəcək. 

Oxu.Az Reutersə istinadən xəbər verir ki, bu barədə hakimiyyət nümayəndələri bildirib. 

Qurultay zamanı partiya liderinin, Türkiyənin baş naziri Əhməd Davudoğlunun istefaya getməsi gözlənilir, daha sonra yeni sədr seçiləcək. 

AKP-ni yeni sədri baş nazir kürsüsünə əyləşəcək. 

0
14