İlhamənin oğlu onu səs yazısı ilə ŞANTAJ edirdi - QOHUMU

İlhamənin oğlu onu səs yazısı ilə ŞANTAJ edirdi - QOHUMU

Müğənni Əli Mirəliyev mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun onu məhkəməyə vermək istəyinə münasibət bildirib. Lent.az-a açıqlama verən Ə.Mirəliyev deyib ki, O.Nadirov barədə ağır ittihamlar irəli sürüb:

“O, məni məhkəməyə verir? Adama deyərlər niyə? Mən camaatı öldürmüşəm? Sözümün üstündə dururam,  İlhaməni həqiqətəndə Orxan öldürüb. Bu adam İlhamənin başına min oyun açıb. Deputatlara, iş adamlarına pul atıb. Bəs Orxanın dostu Vüqar və İlhamə xanımın köməkçisi Mehriban Hüseynova niyə indi içəridə yatır? Yazığı yalandan basıblar içəri. Hamısı Orxanın işləridir də. Mehriban İlhaməyə il yarım gözəl qulluq edib. İndi sən məni məhkəməyə verməklə nə demək istəyirsən? Camaata atdığın pulları mən verməliyəm? Açıq deyim, onun heç bir yerdə rəsmi kağızı yoxdur. Hətta Orxanın sürücülük vəsiqəsi də yoxdur. İlhamə xanımın sağlığında buna etibar etmirdi, heç evinə də buraxmırdı. Orxanın doğma anasını, yoldaşını və özünü evdən qovurdu. Mənə də deyirdi ki, Əli, mən ölsəm, bunları məzarımın üstünə buraxma. İndi nətər olur ki, sən məni məhkəməyə verirsən. O boyda sənətkarın ürəyini partladıb, öldürüb, indi də bizi məhkəməylə hədələyir. Belə bir misal var ki, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. İlhamə xanım tək deyil. Onun bacıları, dayısı oğlu, dayısı qızı və bütövlükdə qohumları var. Yəni tək deyil. Orxanın məni məhkəməyə verməkdə məqsədi odur ki, dilimi-ağzımı yumum. Niyə haqq sözümdən dönməliyəm? Versin məni məhkəməyə. Görüm orada mənim suallarıma, faktlarıma nə cavab verəcək?"

Ə.Mirəliyev onu da əlavə edib ki, O.Nadirov dəfələrlə İ.Quliyevanın şantaj edib: “Orxan İlhamə xanımı şantaj edirdi. Sən niyə o boyda sənətkarı şantaj etmisən? Demisən ki, səsini yazmışam, sən mənə pul verməsən, bu səs yazısını yayacam. Sənin səs yazını dövlət orqanlarına aparacam. Bəs bu şantaj deyil, nədir? Bütün bunları niyə İlhamə xanıma etmisən? Yazıq xəstə adam idi, mənim qızım neçə illər idi ki, ona baxırdı. Səs yazmaların hamısı bizdə var.  Bunu mənə İlhamə xanımın dayısı oğlu Eldar müəllim deyib. Onun sözlərinə görə, İlhamə xanım Orxanın şantajından ehtiyat edirmiş və qorxurmuş”.  

Müğənni gitara ifaçısı Rəmişin Orxanı dəstəkləməsinə də münasibət bildirdi: “Ay Rəmiş, sən bilirsən ki, Orxan İlhamənin oğludur, yoxsa yox? Sən hardan bilirsən ki, İlhamənin nəyi var, nəyi yox? İlhamənin nəyinin olub-olmadığını biz qohumlar yaxşı bilirik. Yəni sən yox”.

0
36