“Eurovision” təmsilçisinə çılpaq və canavarlarla çıxış etməyə icazə verildi

“Eurovision” təmsilçisinə çılpaq və canavarlarla çıxış etməyə icazə verildi

Onun çıxışı insanın təbiətlə vəhdətinə həsr olunub.

“Eurovision 2016”nın Belarus təmsilçisi Aleksandr İvanova (İvan) müsabiqənin finalında səhnəyə çılpaq və canavarların müşayiəti ilə çıxmasına icazə verildi.

Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, müğənninin səhnə hazırlığı ilə prodüser Viktor Drobışın komandası məşğul olur.

Müsabiqəsinin təşkilatçıları Stokholmda əvvəlcə A.İvanova çıxışı zamanı canlı canavardan istifadə etməyə icazə verməmişdilər. Amma artistin səhnəyə çılpaq çıxmasına qarşı deyildilər.

Müsabiqənin münsifləri məsləhətləşdikdən sonra İvana səhnəyə çılpaq və vəhşi canavarlarla çıxmağa icazə veriblər. Onun çıxışı insanın təbiətlə vəhdətinə həsr olunub.

“Eurovision 2016”nın finalı mayın 14-də Stokholmda keçiriləcək. Konsert canlı yayımlanacaq. 

Aytən Sadıqzadə

0
30