Peskov: Yerevan “DQR”in tanınmasını Moskva ilə müzakirə etməyib

Peskov: Yerevan “DQR”in tanınmasını Moskva ilə müzakirə etməyib

“Bu mövzuda qəbul edilən qərarları diqqətlə izləyirik”.

Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərinin kövrək atəşkəsi pozacaq və yekunda təmas xəttində gərginliyin artmasına səbəb olacaq addımlardan yan qaçacağına ümid edir.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, Yerevan qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması məsələsini Moskva ilə müzakirə etməyib. Bu mövzuda qəbul edilən qərarları diqqətlə izləyirik.

Və təbii ki, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin kövrək atəşkəsi pozacaq və yekunda təmas xəttində gərginliyin artmasına səbəb olacaq addımlardan yan qaçacağına ümid edirik”, - jurnalistlərin qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması məsələsi ilə bağlı Yeravanın Moskva ilə müzakirə aparıb-aparmamasıyla bağlı sualını cavablandıran D.Peskov deyib.

0
14