İlk dəfə Olimpiya oyunlarında ana və oğul çıxış edəcək

İlk dəfə Olimpiya oyunlarında ana və oğul çıxış edəcək

Onlar atıcılıq üzrə turnirlərdə çıxış edəcəklər.

Rio-de-Janeyroda Olimpiya oyunlarında Gürcüstanı Nino Salukvadze və onun oğlu Tsone Maçavariani təmsil edəcək.

Oxu.Az xəbər verir ki, onlar pnevmatik tapançadan atəş üzrə turnirdə çıxış edəcəklər. 

İlkin olaraq Nino, daha sonra isə Gürcüstan üçün Rioda oyunlara 15-ci lisenziyanı qazandıran onun 18 yaşlı oğlu Tsone Olimpiya oyunlarında iştiraketmə hüququnu qazanıb.

Olimpiya oyunları tarixində ilk dəfə ana və oğul iştirak edəcək, “Sports Illustrated” məlumat yazıb. 

47 yaşlı Nino Salukvadze 7 Olimpiadada iştirak edib. O, qızıl, gümüş və bürünc mükafatçı olub. 

0
22