Azərbaycan millisi FİFA reytinqində irəlilədi

Azərbaycan millisi FİFA reytinqində irəlilədi

Robert Prosineçkinin yetirmələrinin 269 xalı var.

Bu gün milli komandaların növbəti FİFA reytinqi açıqlanıb. 

Oxu.Az xəbər verir ki, siyahıda dünyanın 209 yığması yer alıb.

Xal hesabı dəyişməsə də, yığmamız bir pillə irəliləyib. Belə ki, heç bir matça çıxmayan Robert Prosineçkinin yetirmələri 269 xalla 133-cü pillədə qərarlaşıb. Ötən ay 134-cü olan komandamızın bu irəliləyişinin səbəbi Küveytin 14 pillə geriləməsidi.

Dünyanın 14-cü “onluğ”u
130 (131). Fələstin – 271
130 (132). Bəhreyn – 271
132 (133). Qayana - 270
133 (134). AZƏRBAYCAN – 269
133 (134). Svazilend - 269
135 (136). Namibiya – 267
136 (137). Aruba – 259
137 (138). Madaqaskar – 257
138 (139). Litva – 254
139 (140). Sent-Lusiya – 247
140 (126). Küveyt - 244

0
14