Gəncədə 50 minlik qızıl, Bakıda isə 10 min dollar oğurladılar

Gəncədə 50 minlik qızıl, Bakıda isə 10 min dollar oğurladılar

İsmayılov “Maserrati”nin pəncərəsini qırıb.

Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Gəncədə mayın 3-də rayon sakini İlahə Məmmədovanın evindən 50 000 manat dəyərində qızıl əşyaları oğurlanıb.

Bununla bağlı Samux RPŞ əməkdaşları əməliyyat keçiriblər. Nəticədə Məmmədovanın evindən 50 000 manat dəyərində qızıl əşyalar oğurlamış Gəncə şəhər sakini Seymur Əliyev tutulub.  

Digər hadisə Bakıda baş verib. Mayın 3-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qəsəbə sakini Tural Həsənzadəyə məxsus “Maserati” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 10000 ABŞ dolları oğurlanıb.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kərim İsmayılov tutulub.

Araşdırma aparılır.

0
25