Paskal Konte və “Səyyah kvartet” konsert proqramı ilə Heydər Əliyev Mərkəzində

Paskal Konte və “Səyyah kvartet” konsert proqramı ilə Heydər Əliyev Mərkəzində

300-dək yeni əsərin yaranması onun adı ilə bağlıdır.

Mayın 5-də Heydər Əliyev Mərkəzində tanınmış fransalı akkordeon ifaçısı Paskal Konte (Pascal Contet) və “Səyyah kvartet”in (The Travelling Quartet) konserti keçiriləcək.

Mərkəzdən Oxu.Az-a verilən xəbərə görə, “Latın inciləri” (“Influences latines”) adlı konsertdə məşhur tanqo musiqiləri yeni tərz və aranjimanda təqdim olunacaq.

Qeyd edək ki, indiyə qədər bu proqram Fransa, Braziliya və Finlandiyanın müxtəlif şəhərlərində ifa olunub. Kollektiv bu konserti hazırlamaq üçün Fransada yaşayan argentinalı bəstəkarlara köhnə tanqo musiqilərini yeni tərzdə aranjiman etməyi təklif edib. Nəticədə ənənə ilə müasirliyi özündə birləşdirən əsərlər yaranıb.

Akkordeon ustası Paskal Konte 20 ildən artıqdır ki, Fransada müasir musiqinin yaradılmasında aparıcı rol oynayır. 300-dək yeni əsərin yaranması onun adı ilə bağlıdır. Paskal Konte Luçano Berio, Bernard Kavanna, Coşua Faynberq (ABŞ), Jan Franse, Bruno Mantovani və Martin Matalon (Fransa) kimi bəstəkarlarla çalışıb. Paskal Konte, həmçinin teatr üçün musiqilər bəstələyib.

0
16