Ərdoğan Davudoğlunu istefaya göndərməyə hazırlaşır - YENİLƏNİB

Ərdoğan Davudoğlunu istefaya göndərməyə hazırlaşır - YENİLƏNİB

Yaxın zamanda baş nazir bəyanatla çıxış edəcək.

Bu gün Türkiyənin baş naziri Əhməd Davudoğlu istefasını elan edə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə NTV telekanalı öz mənbəsinə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, Davudoğlu iqtidar partiyası olan Ədalət və İnkişaf Partiyasının idarə heyətinin iclasından sonra mətbuat konfransı keçirəcək.

Konfransda baş nazir vəzifəsindən istefası barədə bəyanat verə bilər. Həmçinin bəyanatın mətbuat konfransı olmadan dərc ediləcəyi variantı da gözdən keçirilir. 

11.11

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğlu ilə görüşün nəticələrinə görə, onu baş nazir və partiya sədri vəzifəsindən uzaqlaşdırmaq qərarına gəlib. 

Oxu.Az “Cumhuriyet”ə istinadən xəbər verir ki, Davudoğlu və Ərdoğan arasında son zamanlarda təzahür edən fikir ayrılığını mayın 4-də baş tutan görüş zamanı aradan qaldırmaq mümkün olmayıb. 

Nəticədə Ərdoğan Davudoğlu ilə vidalaşmaq qərarına gəlib. 

Yaxın günlərdə Davudoğlunun bəyanatla çıxış edəcəyi gözlənilir. 20 gün ərzində isə Ədalət və İnkişaf Partiyasının növbədənkənar qurultayı baş tutacaq, qurultay zamanı partiyanın yeni rəhbəri seçiləcək.

0
18