Tanınmış müğənni sevgilisindən ayrıldı

Tanınmış müğənni sevgilisindən ayrıldı

Türkiyənin tanınmış müğənnisi Hande Yenər ailə qurmağa hazırlaşdığı Ozan Öğüt adlı bəydən ayrılıb. Lent.az-ın Türkiyə mediasına  istinadən verdiyi məlumata görə, tanınmış sənətçinin 3 gün öncə sevgilisindən ayrılmasının səbəbi hələ ki, məlum deyil.

Xatırladaq ki, 3 ilə yaxındır ki, sevgili olan cütlük bir müddət öncə də ayrılmışdı. Həmin vaxt müğənni sevgilisini evindən qovaraq, bu sözləri demişdi: “Artıq bir-birimizi anlamırıq. Özümüzü yormaq lazım deyil”.

0
12